UEFA "Qalatasaray"ın şikayətini rədd etdi

UEFA "Qalatasaray"ın şikayətini rədd etdi

UEFA “Qalatasaray”ın Avropa Liqasının 4-cü turunda Moskva “Lokomotiv”i ilə oyununun yenidən keçirilməsində dair müraciətini rədd edib. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.    Noyabrın 4-də İstanbulda keçirilən görüşün (1:1) baş hakimi Sandro Şerer “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, oyunçu meydandan qovulmayıb. Türkiyə klubu da məhz buna görə matçın təkrar keçirilməsini tələb edirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər