UEFA Fransanın PSJ klubunu cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, buna Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Srvena Zvezda” ilə oyununun gec başlaması səbəbə olub.
Paris klubu 20 min avro cəriməyə məruz qalıb.
Qeyd edək ki, matçın danışılmış olması şübhəsi ilə bağlı da araşdırma aparılır.
Fanat.Az