Sloveniya Futbol Federasiyasının prezidenti Aleksandar Ceferin UEFA-ya rəhbərlik etmək istəyir. Fanat.az xəbər verir ki, o, sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək UEFA-nın konfransında prezidentliyə namizəd olmaq istəyir.
Ceferin bu barədə Cənub-Şərqi Avropa ölkələrinin futbol federasiyaları arasında Moskvada keçirilən görüşdə açıqlama verib: "Mənə dəstək verən hər kəsin haqqımda müsbəy rəydə olduğunu gördüm. UEFA-nın mənim kimi bir prezidentə ehtiyacı var".
Sloveniyalı futbol adamı UEFA prezidentliyinə 4-cü namizəd olub. Ondan öncə hazırda ali futbol təşkilatının vitse-prezdenti və Niderland Krallığı Futbol Federasiyasının rəhbəri olan 68 yaşlı Mixael van Praq, İspaniya Kral Futbol Federasiyasının prezidenti 66 yaşlı Migel Anxel Vilyar və İngiltərə Futbol Federasiyasının prezidenti Qrek Dayk namizədliklərini irəli sürmüşdülər.
Fanat.az