"Avropa birinciliyinin 13 ölkəyə həvalə edilməsi yanlış qərardı. Bu səhv bir də təkrarlanmayacaq". Fanat.Az xəbər verir ki, bu sözləri UEFA-nın başqanı Aleksander Çeferin "Kikker"ə açıqlamasında deyib.
Almaniya nəşrinə danışan sloveniyalı prezident AVRO-2020-nin final mərhələsinin oyunlarının 13 ölkəyə səpələnməsinin qitənin futbol qurumuna problemlər yaratdığını qabardıb: “Düzgün addım deyildi. Özümüzə həddən artıq problem yaratdıq. Əsas çətinliklər texniki və material təminatı ilə bağlıdı. Üstəlik, yarışı qəbul edən ölkələrin fərqli valyutalardan istifadə etdiyini də unutmayaq. Avropanın simvolik şəkildə birləşdirilməsi ideyası çox xoş görüntü yaratdı. Ancaq bu modelin gələcəyi yoxdu”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsini qəbul edəcək şəhərlərdən biri də Bakıdı.
Fanat.Az