UEFA prezidenti Super Liqa iddiaları barədə: "Uydurmadı"

UEFA prezidenti Super Liqa iddiaları barədə: "Uydurmadı"
UEFA prezidenti Aleksandr Çeferin Avropanın aparıcı futbol klublarının Super Liqa yaratmaq istədikləri ilə bağlı iddalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəhbəri BBC-yə açıqlamasında danışıb. 
Sloveniyalı funksioner bunun baş verməyəcəyini bəyan edib: "Bütün bunlar uydurmadır. Etiraf edirəm, bizim də bəzi ideyalarımız var. Amma zəmanət verə bilərəm ki, Super Liqadan söhbət gedə bilməz. Biz bütün klublara avrokuboklarda iştirak etmək imkanı vermək istəyirik”.
Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın "Spiegel” jurnalı Avropanın aparıcı futbol klublarının elit liqa yaratmaq istəyi ilə bağlı məqalə dərc edib. İddiaya görə, 11 klub UEFA-nın tərkibindən çıxaraq Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər