UEFA prezidenti Ronalduya xüsusi mükafat verəcək

UEFA prezidenti Ronalduya xüsusi mükafat verəcək

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu avqustun 29-da UEFA-dan xüsusi mükafat alacaq.

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Keyv Solhekol yayıb. 

Xəbərə görə, Çempionlar Liqasının püşkatma mərasimi günü UEFA prezidenti Aleksander Çeferin 39 yaşlı futbolçuya turnir tarixinin ən yaxşı bombardiri mükafatını şəxsən təqdim edəcək.

Çempionlar Liqasında 183 matçda 140 qol vuran Ronaldu turnir tarixinin bombardiridir. O, Lionel Messini 11, Robert Levandovskini isə 46 qol qabaqlayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər