UEFA Prezidenti: "Real"ın pişik kimi 9 canı var"

UEFA Prezidenti: "Real"ın pişik kimi 9 canı var"

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Real Madrid" - "Mançester Siti" qarşılaşmasına (səfərdə 4:3 hesabı ilə uduzan "Real" evdə 3:1 hesablı dramatik qələbə qazanaraq finala yüksəlib) münasibət bildirib.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti 54 yaşlı qurum rəhbərinin dediklərini belə çatdırıb:

"Real Madrid"in "Mançester Siti"ni nokaut edə biləcəyinə şübhə ilə yanaşırdım, lakin onların pişik kimi doqquz canı var".

Xatırladaq ki, may yaının 28-i "Real Madrid" ÇL-in finalında İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər