UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Aleksander Çeferin açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, yenilikləri 2024/2025 mövsümündən tez tətbiq etmək mümkün deyil: "Bu ideyanı bir çox klub prezidentinə, eləcə də, PSJ-sinin sahibi Nasser Əl-Xəlaifiyə çatdırmışam. Onlar da mənimlə həmfikirdirlər".
Yeni dəyişikliyə əsasən, yarımfinal və final matçlarının əvəzinə "Dördlər finalı"nın təşkil olunacağı gözlənilir. Bu halda, yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv ediləcək.