UEFA prezidenti Florentino Peresə söz atdı: "Bəs nə oldu?"

UEFA prezidenti Florentino Peresə söz atdı: "Bəs nə oldu?"

UEFA-nın prezidenti Aleksandr Çeferin "Real Madrid"in rəhbəri Florentino Peresin Super Liqa çağırışına münasibət göstərib. 

Fanat.Az "Goal.com" saytına istinadən xəbər verir ki, o, açıqlamasında Super Liqanı dəstəkləyən digər klublara da ismarıc göndərib:

"Florentino Peres gileylənirdi və deyirdi ki, klubu yalnız Super Liqa ilə ayaq üstə qala bilər. Super Liqa baş tutmasa belə, 180 milyon avroya PSJ-dən Kilian Mbappeni almağa çalışırdılar. Bəs nə oldu, ayaqda qala bildiniz?

"Real Madrid", "Barselona" və "Yuventus"un UEFA-dan ayrılmaq istəyi mənə maraqlı deyil. İstəyirlərsə, ayrılsınlar. Onların rəhbərləri bacarıqsızdır. Öz liqalarını yaratmaq istəyirdilər, indi də Çempionlar Liqasında oynamaq istəyirlər. Gülməlidir".

Xatırladaq ki, bir neçə ay bundan öncə "Yuventus", Barselona" və "Real Madrid" klubları UEFA-dan kənar Super Liqa yaratmaq niyyətində idilər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər