UEFA-nın Qurban Qurbanovla bağlı yanlışlığı

UEFA-nın Qurban Qurbanovla bağlı yanlışlığı

UEFA “Qarabağ”ın baş məşqçisini “dəyişib”. Azerisport.az xəbər verir ki, Avropa futbol qurumurun rəsmi saytı Qurban Qurbanovu Ağdam klubunun baş məşqçisi kimi təqdim etməyib.

Belə ki, “Qarabağ”ın iştirak ərizəsində baş məşqçi bölməsində Qurbanovun yox, onun köməkçisi Zaur Tağızadənin adı yazılıb.

Çox güman ki, bu, sözügedən saytın əməkdaşlarının yanlışlığıdır. Çünki Qurbanov ən ali PRO kateqoriyasına da malikdi və onun Ağdam klubunun baş məşqçisi kimi tanınmaması üçün heç bir əsas yoxdur.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər