UEFA-nın prezidenti müəyyənləşdi

UEFA-nın prezidenti müəyyənləşdi

İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın 43-cü Konqresi yekunlaşıb.

 

Fanat.Az xəbər verir ki, tədbirdə qurumun prezidenti postuna seçkilər reallaşıb.

UEFA-nın indiki prezidenti Aleksandar Çeferin seçkilərdə yeganə namizəd olub. Çünki quruma üzv olan 55 milli assosiasiyanın hamısı onun namizədliyini irəli sürüb.

Çeferin alternativsiz seçkidə yenidən qurumun prezidenti olub. O, 2023-cü ilədək UEFA-ya rəhbərlik edəcək. Sloveniyalı funksioner avtomatik FİFA-nın vitse-prezidenti postunu da tutacaq.

Qeyd edək ki, 2016-cı il sentyabrın 14-də bu vəzifəyə seçilən sloveniyalı 42 səslə qalib gəlmişdi.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər