UEFA-nın AVRO-2020 ilə bağlı ssenarisi

UEFA-nın AVRO-2020 ilə bağlı ssenarisi
UEFA Avropa çempionatının formatı ilə bağlı son qərarını martda verəcək.
 
Fanat.Az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin məlumat verib.
UEFA rəsmisinin sözlərinə görə, UEFA AVRO-2020 üçün üç ssenarini nəzərdən keçirəcək. Onun sözlərinə görə, yarışın əvvəlcədən planlaşdırıldığı kimi, normal formatda keçirilməsi ehtimalı da mövcuddur.
Hazırda bir sıra Avropa ölkəsində koronavirus pandemiyası ilə əlaqədar azarkeş sayında məhdudiyyətlər var.
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər