UEFA-nın üzvü olan milli federasiyaların sayı artıb. Fanat.az xəbər verir ki, Kosova Futbol Federasiyası Avropa futbol qurumuna üzv qəbul edilib.
Bununla bağlı bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən UEFA-nın Konfransında qərar verilib. Səsvermədə 54 səsdən 28-i Kosovanın leyhinə, 24-ü əleyhinə olub. 2 bülleten isə etibarsız sayılıb. Nəticədə Kosova UEFA-nın 55-ci üzvü olub.
İndi Kosova Futbol Federasiyası FİFA üzvlüyünə qəbul olunması üçün ərizə verə və 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində iştirak edə bilər.
Fanat.az