UEFA: Mövsümün ən yaxşı müdafiəçisi

UEFA: Mövsümün ən yaxşı müdafiəçisi
Avropada 2018/19 mövsümünün ən yaxşı müdafiəçisi açıqlanıb. 
Fanat.Az xəbər verir ki, qitənin ən yaxşısı UEFA Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində təltif olunub.
 
Bu ada "Liverpul”un arxa xətt oyunçusu Vircil van Dayk layiq görülüb. O, UEFA-nın sorğusunda Trent Aleksandr-Arnold və Matteys de Liqti arxada qoyub.
 
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı adına da "Liverpul”un əlcək sahibi Alisson Bekker yiyələnib. Hansı ki, sözügedən klub geridə qalan mövsümdə ÇL-in qalibi adını qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər