UEFA: Mövsümün ən yaxşı hücumçusu

UEFA: Mövsümün ən yaxşı hücumçusu
2018/19 mövsümünün ən yaxşı hücumçusu bəlli olub. 
Fanat.Az xəbər verir ki, bu ada "Barselona”nın forvardı Lionel Messi layiq görülüb.
 
O, Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində mükafatlandırıb. Argentinalı futbolçu Sadio Mane ilə Kriştianu Ronaldonu üstələyib.
 
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı "Liverpul”lu Alisson Bekker, müdafiəçisi onun komanda yoldaşı Vircil van Dayk, yarımmüdafiəçisi ötən ili "Ayaks”da keçirən, hazırda Messi ilə "Barselona”da komanda yoldaşı olan Frenki de Yonq seçilib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər