Məlum olduğu kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib. Fanat.Az xəbər verir ki, Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir. AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb. Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.
UEFA millimizi seçmə mərhələdən uzaqlaşdırdı
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:51
19.10.2026
"Sabah" - "Borussiya" matçına neçə bilet satılıb? - SON DURUM
Oxşar xəbərlər
Milli
15:15
20.10.2026
Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişmədi
Azərbaycan futbolu
16:58
19.10.2026
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə bu heyətlə qatılacaq
Milli
00:03
18.10.2026
Ərzurumda Nəriman üçün dəyişən bir şey yoxdur
Azərbaycan futbolu
10:54
17.10.2026
Azərbaycan millisi məğlub oldu