UEFA "Mançester Yunayted"i oyuna gecikdiyinə görə cəzalandırdı

UEFA "Mançester Yunayted"i oyuna gecikdiyinə görə cəzalandırdı
UEFA "Mançester Yunayted"i cərimə edib.
Fanat.Az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının II turunda evdə "Valensiya" ilə keçirilmiş oyunun vaxtında başlamaması olub. UEFA İntizam Komitəsi komandanı buna görə 15 min avro cərimələyib.
Qeyd edək ki, "Mançester Yunayted"in avtobusu tıxaca düşdüyünə görə oyunun keçirildiyi "Old Trafford" stadionuna matıçın başlama vaxtından bir neçə dəqiqə sonra çatıb. Vaxtından gec başlayan oyun 0:0 hesabı ilə yekunlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər