UEFA maliyyə feyr-pley qaydalarında dəyişiklik etməyi planlaşdırır.
Fanat.Az "New York Times"a istinadən xəbər verir ki, yeni layihə qəbul olunarsa, klublar son üç mövsümdə bütün gəlirlərinin 70 faizə qədərini futbol komponenti ilə bağlı məsələlərə xərcləyə biləcəklər.
Eyni zamanda, idmançıların maaş həddinin də ləğv edilməsi də təklif edilir. Ancaq o da qeyd edilir ki, Avropa əmək qanunvericiliyinə görə belə qaydaların tətbiqi praktiki olaraq mümkün deyil.
Bu ideyalar qəbul olunarsa, dəyişikliklər 2022-ci il iyun ayının 1-də qüvvəyə minəcək. Keçid dövrü isə 2024-cü ilə qədər davam edəcək.