UEFA Maksim Medvedevlə bağlı qərarını açıqladı

UEFA Maksim Medvedevlə bağlı qərarını açıqladı

UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb. 

Fanat.Az "Kopenhagen"in rəsmi saytına istinadən xəbər verir ki, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib. 

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.  

Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər