UEFA Macarıstan millisini cəzalandırdı

UEFA Macarıstan millisini cəzalandırdı
UEFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, macar fanatların AVRO-2020-nin qrup mərhələsində - Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, meydana yad əşyalar atması, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.
 
Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə 3 oyun azarkeşsiz çıxış edəcək. Qitə futbol təşkilatı Macarıstan Futbol Federasiyasına 100 min avro məbləğində pul cəzası da kəsib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər