UEFA ÇL-in finalını yenə Türkiyəyə həvalə etdi

UEFA ÇL-in finalını yenə Türkiyəyə həvalə etdi
UEFA Avropa Liqası (AL), Konfrans Liqası (KL) və Çempionlar Liqasında (ÇL) qarşıdakı mövsümlərin final oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. 
 
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, 2023-cü ildə ÇL-in final görüşü Türkiyənin İstanbul şəhərində baş tutacaq.
 
2020 və 2021-ci illərdə ÇL-in final oyunlarına ev sahibliyi etməli olan İstanbul koronavirus pandemiyası səbəbindən bu hüququndan yararlana bilməmişdi. Əvəzində hər iki final görüşü Portuqaliyada təşkil olunmuşdu. Bu üzdən 2023-cü ildəki ÇL finalının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Bu, həm də Türkiyə Cümhuriyyətinin və Türkiyə Futbol Federasiyasının yaradılmasının 100-cü ildönümünə bir töhfə olacaq.
 
2021/22 və 2022/23 mövsümlərində ÇL-in, AL-in və KL-in qrup mərhələsinin püşkatma mərasimləri də İstanbulda təşkil olunacaq.
 
Qeyd edək ki, UEFA öncədən 2023-cü ildə ÇL-in final matçının Almaniyanın Münhen şəhərində təşkil olunmasına qərar vermişdi. Lakin bu final İstanbula verildiyi üçün, Münhendə 2025-ci ildəki həlledici qarşılaşmanın keçirilməsinə qərar verilib. 2024-cü ilin ÇL finalı isə öncədən nəzərdə tutulduğu kimi, İngiltərənin London şəhərində təşkil olunacaq. Elə 2022-ci ilin ÇL finalı da əvvəldən nəzərdə tutulduğu kimi, Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq.
 
UEFA İcraiyyə Komitəsi digər avrokubok yarışlarının final görüşlərinin də məkanını açıqlayıb. Son qərara əsasən, 2024-cü ilin Avroliqa finalı İrlandiyanın Dublin şəhərində keçiriləcək. Həmin il İspaniyanın Bilbao şəhərində də qadınlar arasında Çempionlar Liqasının final görüşü təşkil olunacaq. Bilbao həmçinin 2025-ci ilin Avroliqa finalına ev sahibliyi edəcək. UEFA-nın bu şəhərləri seçməsi də təsadüfi deyil. Məsələ burasındadır ki, Dublin və Bilbao AÇ-2020-nin bir neçə oyununa ev sahibliyi etməli idi. Lakin koronavirus pandemiyasının yaratdığı çətinliklər səbəbindən bu şəhərlər həmin oyunları təşkil edə bilməmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər