UEFA klublarımıza pul göndərdi

UEFA klublarımıza pul göndərdi

Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə bağlı UEFA  AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürüb. Fanat.az xəbər verir ki, "Neftçi"yə ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" və "Xəzər Lənkəran" Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ"a isə Avropa Liqasının pley-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb.

AFFA isə necə deyərlər, hərənin payını özünə çatdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər