UEFA İspaniya klubunun halına acımadı - Avrokuboklara buraxılmayacaq

UEFA İspaniya klubunun halına acımadı - Avrokuboklara buraxılmayacaq

İspaniyanın "Osasuna" klubu 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, qitə futbol qurumu danışılmış oyunlarda ittiham olunan La Liqa təmsilçisinin apellyasiya şikayətini rədd edib. Klub UEFA-nın qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.

Qeyd edək ki, UEFA-nın müfəttişləri 2013/2014 mövsümündə danışılmış oyunlarla bağlı araşdırmanın yekununda komandanın avrokuboklardan çıxarılmasını tövsiyə ediblər. İddiaya görə, "Betis" həmin mövsüm İspaniya çempionatında "Real Valyadolid" və "Osasuna"ya uduzmalı, bunun qarşılığında 600 000 avro dəyərində iki tranş almalı idi.

UEFA-nın bu qərarına əsasən, "Osasuna"nı Konfrans Liqasında "Atletik" əvəz edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər