UEFA ilin bombardirini açıqladı

UEFA ilin bombardirini açıqladı
2020-ci ildə UEFA bayrağı altında keçirilən turnirlərində ən çox qol vuran futbolçunun adı açıqlanıb.
Fanat.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Milan "İnter"inin hücumçusu Romelu Lukaku ən yaxşı bombardir olub. 27 yaşlı forvard il ərzində UEFA turnirlərində 16 qola imza atıb. Lukaku Avropa Liqasında 7, Çempionlar Liqasında 4, Belçika yığmasının heyətində Millətlər Liqasında 5 qol vurub.
Qeyd edək ki, Romelu Lukaku 2019-cu ildən "İnter"də çıxış edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər