FIFA referilərimiz Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb. Fanat.az xəbər verir ki, bunlar Əliyar Ağayev, Orxan Məmmədov və Rəhim Həsənovdu.
Ağayev Bolqarıstanda keçiriləcək yerli "Slaviya" ilə "Zaqlebiya"nın matçında fit çalacaq. Orxan Məmmədov Samir Məsimovun çıxış etdiyi "Domjale"nin Sloveniyada "Lusitans"la oyununu idarə edəcək. Digər FIFA referimiz Rəhim Həsənov isə "Birkirkara” - "Şiroki Briyeq” qarşılaşmasında ədaləti qoruyacaq.
Fanat.az