“Bolqar hakimlərin “Elfsborq”la oyuna təyinat alması ürəyimcə olmadı. Çünki qalib gəlsək, ağzıgöyçəklər bunu mənim bolqar olmağımla əlaqələndirəcək”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib.
Bank təmsilçisinin əcnəbi başqanı əlavə edib: “Mən öz ölkəmdə yaşayanda futbola bu qədər yaxın deyildim. Stanislav Todorovun və köməkçilərinin bu qarşılaşmada iş başında olmasını UEFA istəyib. Bizim üçün matçı kimin idarə etməsi önəmli deyil. İstəmirsə, buyursun, “Elfsborq” futbol qurumuna müraciət ünvanlasın. Dəyişsələr, bizim də qulağımız dinc olar”.
Fanat.az