UEFA gözləmədi, VAR-la bağlı yeni qərar verdi

UEFA gözləmədi, VAR-la bağlı yeni qərar verdi

Bu mövsüm Çempionlar Liqasında videotəkrar (VAR) sistemindən istifadə olunacaq. Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, yeni texnologiyanın 1/8 final mərhələsindən etibarən tətbiq olunacağı açıqlanıb.

UEFA əvvəlcə VAR-dan ÇL-in 2019/20 mövsümündə istifadə olunacağını açıqlasa da, DÇ-2018-də qeydə alınan hakim səhvləri bu sistemdən dah tez istifadə olunması zərurətini yaradıb. Qeyd edək ki, Almaniya Bundesliqası, İtaliya A seriyası və İspaniya La Liqasında istifadə olunan bu sistem gələn mövsüm İngiltərə Premyer Liqasında da tətbiq olunacaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər