UEFA Ferqyusona vəzifə verdi

UEFA Ferqyusona vəzifə verdi

UEFA "Mançester Yunayted"dən ayrılaraq təqaüdə çıxan Aleks Ferqyusona vəzifə verəcək. Fanat.az xəbər verir ki, bu barədə qurumun prezidenti Mişel Platini məlumat verib.

Platini bildirib ki, Ser titullu mütəxəssis "Elit Məşqçilər Səfiri" təiyn olacaq. Ferqyuson isə açıqlamasında bu təyinatın onun üçün fəxr olduğunu və qürur hissi keçirdiyini bildirib.

Ferqyuson yeni işinin icrasına başlayandan sonra UEFA-nın hər il təşkil etdiyi baş məşqçilər toplantısına başçılıq edəcək, həmçinin Çempionlar Liqasının və Avropa Liqasının formatının inkişaf etdirilməsinə yardımçı olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər