UEFA "əsgər salamı"na görə intizam işi açdı

UEFA "əsgər salamı"na görə intizam işi açdı
UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb. 
Fanat.Az xəbər verir ki, buna səbəb yığma oyunçularının "AVRO-2020"nin seçmə mərhələsində Parisdə Fransa ilə görüşdə vurduqları qolu əsgər salamı ilə qeyd etməsidir. 
Qərar Türkiyə Futbol Federasiyasına göndərilib və məsələ ilə bağlı mövqe tələb edilib. 
Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib. Yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər