UEFA ən yaxşı baş məşqçinin adını elan etdi

UEFA ən yaxşı baş məşqçinin adını elan etdi

UEFA 2021/2022 mövsümünün ən yaxşı baş məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Karlo Ançelotti (“Real Madrid”), Xosep Quardiola (“Mançester Siti”) və Yurgen Kloppun (“Liverpul”) namizəd olduğu üçlükdən italiyalı mütəxəssis qalib elan olunub. Ona mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib. Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu "Real" bu mövsüm ÇL-i qazanıb. Mövsümün ən yaxşı qadın məşqçisi isə İngiltərə yığmasına başçılıq edən Sarina Viqman seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər