UEFA millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Varşava təmsilçisinin azarkeşlərinin evdə Rusiyanın "Spartak" (Moskva) klubuna (0:1) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda açdığı banner klubun cəza almasına səbəb olub.
Nəticədə Avropa futbol qurumu "Legiya"nı 17 500 avro məbləğində cərimələyib.