UEFA Əliyar Ağayevlə Ömər Paşayevi Malaqaya göndərdi

UEFA Əliyar Ağayevlə Ömər Paşayevi Malaqaya göndərdi

İspaniyanın Malaqa şəhərində UEFA-nın hakimlər üçün təşkil etdiyi toplanış davam edir.

Fanat.Az xəbər verir ki, bu toplanışda Azərbaycanı iki hakim təmsil edir. Əliyar Ağayev top-referilərlə bir düşərgədə yer alıbsa, bu yaxınlarda FIFA referisi adını qazanmış Ömər Paşayev nisbətən təcrübəsizlərin qrupundadı.

Həmin kurslar zamanı həmyerlimiz Əliyar Ağayev fərqlənməyi bacarıb. Belə ki, top-referilər arasında keçirilən fiziki testlər zamanı Əliyarın nəticəsi ən yüksək olub və azərbaycanlı hakim hamını qabaqlayıb. Bu uğur sayəsində onun yazsa mötəbər oyunlara təyinat alacağı şübhəsizdi.

Ömər Paşayev də həm ingilis dili sınaqlarından, həm də fiziki testlərdən uğurla keçib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər