UEFA Əliyar Ağayevin təyinatını dəyişdirib. Fanat.az xəbər verir ki, Maltada keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak edən FIFA referisi İsveçrə - Portuqaliya oyununu idarə etməyib.
Ötən gün onun bu matçın baş hakimi olacağı açıqlanmışdı. Lakin bu gün UEFA təyinatı dəyişərək Ağayevi Malta - Hollandiya oyununa təyin edib. İsveçrə - Portuqaliya matçını isə Nikola Dabanoviç idarə edib.
Fanat.az