UEFA elit-raund mərhələsinin oyunlarını dayandırdı

UEFA elit-raund mərhələsinin oyunlarını dayandırdı
UEFA 17-19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilməsi nəzərdə tutulan "AVRO-2021"in elit-raund mərhələsinin oyunlarını təxirə salıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bu addım koronavirus epidemiyasına görə atılıb. Qərar qadınlardan ibarət yığmalar arasındakı müvafiq turnirə də şamil edilib. Oyunların nə vaxt keçiriləcəyi məlum deyil.
Qeyd edək ki, UEFA koronavirus infeksiyasının yayılması ilə əlaqədar martın 17-də video-konfrans təşkil edəcək. Tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər