UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq iki oyuna hakim təyinatlarını açıqlayıb. Fanat.az xəbər verir ki, Avropa futbol qurumu bu dəfə türk və ingilis hakimlərə etimad göstərib.
"Arsenal" - "Barselona" oyunu türklərə tapşırılıb. Qarşılaşmanın baş hakimi son illər UEFA-nın ən çox etimad göstərdiyi ədalət təmsilçilərindən biri olan Cüneyt Çakır olacaq.
"Yuventus" - "Bavariya" oyununda isə ingiltərəli hakimlər ədaləti qoruyacaq. Qarşılaşmanı Martin Atkinson idarə edəcək.
23 fevral
23.45 Arsenal (İngiltərə) - Barselona (İspaniya)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Sem Satman (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).
London. Emirates stadionu.
23.45 Yuventus (İtaliya) - Bavariya (Almaniya)
Hakimlər: Martin Atkinson, Maykl Mullarkey, Stepan Çild, Hari Beşvik (İngiltərə).
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Krayq Pavson (İngiltərə).
Turin. "Yuventus Arena".
Fanat.az