UEFA-dan suverenliyimizə TƏXRİBAT

UEFA-dan suverenliyimizə TƏXRİBAT

UEFA-nın rəsmi saytı Qarabağı Azərbaycanın ərazisi kimi tanımır. Fanat.az xəbər verir ki, Avropanın ali futbol qurumunun rəsmi saytı Azərbaycan çempionunun Avropa Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə görə üstələdiyi Hollandiyanın "Tvente" komandası üzərində qələbəsini şərh edərkən, "Qarabağ" klubunun "Qarabağın Azərbaycana aid hissəsi"ni təmsil etdiyini bildirib ( Azerbaijani side Qarabağ FK, twice beaten at this juncture, oust FC Twente).

Erməni lobbisi indidən Qarabağın iki hissəyə bölünməsinə dair təxribat planını həyata keçirir. Başqa sözlə ermənilər UEFA-nın Ağdam klubunun Avropa Liqasında Qarabağın Azərbaycana aid hissəsi kimi təqdim olunmasına nail olmağa çalışır. UEFA-nın hazırkı təqdimatına əsasən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb.

Fanat.az məsələyə UEFA-nın rəsmi mövqeyini öyrənməyə çəhd etsə də, bu barədə açıqlama verməkdən boyun qaçırdılar. Lakin AFFA və "Qarabağ" FK ali futbol qurumuna lazımı təzyiq göstərərək, ədalətin bərpa olunmasına nail olmalıdır!

Əks halda Avropaya qalib yox, məğlub tərəf kimi gedəcəyik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər