UEFA-dan şok qərar

UEFA-dan şok qərar

UEFA Arbitraj Məhkəməsi Türkiyənin “Fenerbahçe” və “Beşiktaş” klublarının avrokuboklardan kənarlaşdırılmaları ilə bağlı şikayətlərini rədd edib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu “qara-qartallar”ın bir illik avrokuboklardan uzaqlaşdırması ilə bağlı verilən qərarı təsdiqləyib.

“Fenerbahçe” klubuna verilən cəza isə nisbətən yüngülləşdirilib. Belə ki, onlara tətbiq olunan 2+1 illik cəza 2 ilə endirilib.

Bu qərarın ardından “Fenerbahçe” və “Beşiktaş” Beynəlxalq İdman Arbitraj məhkəməsinə müraciət edəcəyi barədə rəsmi açıqlama yayıblar.

Qeyd edək ki, UEFA-nın verdiyi qərara əsasən Çempionlar Liqasında “Fenerbahçe” klubunun yerinə “Bursaspor”, Avropa Liqasında isə “Beşiktaş”ın əvəzinə “Kayserispor” iştirak edəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər