UEFA-dan Rusiyaya şok: Krımı tanımadılar

UEFA-dan Rusiyaya şok: Krımı tanımadılar

UEFA Ukraynadan ayrılaraq Rusiyanın tərkibinə keçdiyini elan edən Krım Muxtar Respublikası ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, Avropa futbol qurumu Krımı tanımadığını açıqlayıb.

UEFA-nın açıqlamasında deyilir: "Rusiya Futbol Federasiyası tərəfindən təşkil edilən liqalarda Krım klubularının oynadığı heç bir futbol matçı UEFA tərəfindən bir sonrakı qərara qədər tanınmayacaq".

Qeyd edək ki, Ukraynada inqilabdan sonra Rusiya Krımı ələ keçirmişdi. Daha sonra isə Krım Muxtar Respublikasında Rusiyanın istəyi və nəzarəti ilə referendum təşkil olunmuş, Muxtar Respublika Rusiya Federasiyasının tərkibinə qoşulmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər