UEFA-dan Rəhim Həsənova təyinat

UEFA-dan Rəhim Həsənova təyinat
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun San Marino – Litva oyununun baş hakimi Rəhim Həsənov olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç iyunun 5-də Serravalle stadionunda keçiriləcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər