Azərbaycanlı FİFA referisi Rauf Cabarov növbəti beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının oyununu idarə edəcək.
Cabarov I təsnifat mərhələsi çərçivəsində Albaniyada “Vlazniya” və Şimali İrlandiyan “Linfild”İ arasında cavab qarşılaşmasında əsas söz sahib olacaq.
Ona laynsmanlar Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.