UEFA PSJ-yə ağır cəza verməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Equipe" qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, Paris klubu ticarət qaydalarını pozmaqda ittiham olunur. UEFA hazırda klubun bütün hesablarını və maliyyə əməliyyatlarını araşdırır.
PSJ-yə ağır maliyyə sanksiyasının tətbiq olunacağı gözlənilir. Klubun qətərli sahibləri də pul cəzası ilə canlarını qurtarmağa, avrokuboklardan kənarlaşdırılmaq kimi ağır cəzadan xilas olmağa çalışırlar.
Qeyd edək ki, UEFA 2014-cü ildə maliyyə qaydalarını pozduğu üçün 60 milyon avro cərimə kəsmişdi.
Fanat.Az