UEFA-dan paytaxt klubuna cəza

UEFA-dan paytaxt klubuna cəza
UEFA Moskvanın ÇSKA klubunu cəzalandırıb. Fanat.az xəbər veriri ki, paytaxt təmsilçisi avrokuboklar çərçivəsində bir qarşılaşmasını boş tribunalar önündə keçirəcək. Bundan əlavə, klub 50 min  avro cərimə də edilib.
 
UEFA-nın sərt tədbirə əl atmasına səbəb ÇSKA azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində  Çexiya “Viktoriya”sı ilə oyunda irqçi şüarlar səsləndirməsi olub. 
Qeyd edək ki, bu, azarkeşlərinin hərəkətinə görə Moskva klubunun cəzalanması ilə nəticələnən ilk olay deyil. Ötən mövsüm rusiyalı azarkeşlər “Mançester Siti”nin futbolçusu Yaya Turenin ünvanına irqçi şüarlar səsləndirdiyinə görə, “Bavariya” ilə oyunda ÇSKA-nın stadionunun bir neçə tribunası bağlanmışdı. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər