UEFA-dan Mahir Emrelinin komandasına qadağa

UEFA-dan Mahir Emrelinin komandasına qadağa

Zaqreb “Dinamo”sunun azarkeşlərinə azı mövsümün sonuna qədər komandanın avrokuboklardakı səfər oyunlarına gəlmək qadağan edilib.

Fanat.Az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunundan bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər ölüb. Nəticədə matç ertələnib.

Komandalar arasındakı ilk görüş avqustun 15-də baş tutub və AEK-in səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avqustun 19-da Afinada keçirilən ikinci görüşdə komandalar bərabərə qalıblar - 2:2. 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də heyətində yer aldığı Xorvatiya çempionu çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər