UEFA-dan kobud səhv: Püşkatma təkrarlanacaq

UEFA-dan kobud səhv: Püşkatma təkrarlanacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlana bilər.

Fanat.Az xəbər verir ki, buna səbəb püşkatma zamanı texniki səhvə yol verilməsidir.

Belə ki, püşk eyni qrupda mübarizə aparan iki komanda -"Vilyarreal" və "Mançester Yunayted"i üz-üzə qoyub. Səhvini başa düşən mütəxəssislər səbətdən yenidən püşk çıxartmalı olublar.

Mərasim bitdikdən sonra isə UEFA rəsmi olaraq püşkatmanın bu gün yenidən keçiriləcəyini bildirib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər