UEFA-dan Karlo Ançelottiyə xəbərdarlıq

UEFA-dan Karlo Ançelottiyə xəbərdarlıq

UEFA "Real Madrid"in təcrübəli baş məşqçisi Karlo Ançelottiyə məşqçilik diplomunu yeniləmək üçün imtahan verməli olması barədə xəbərdarlıq göndərib. 

Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Ançelottinin məşqçilik lisenziyasının müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.

PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Bavariya”, “Napoli” kimi Avropa nəhənglərini çalışdırmış, ÇL-in üçqat qalibi olan italiyalı mütəxəssis məşqçiliyə davam etmək üçün Nyonda müəyyən edilmiş bəzi məcburi kursları keçməlidir. Karlo Ançelotti bu kurslara qatılaraq lisenziyasını yeniləmiş olacaq. 

Məlumata görə, İspaniya Futbol Federasiyası UEFA ilə əlaqə saxlayıb və 62 yaşlı mütəxəssisin bu prosesə girməməsini istəyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər