UEFA-dan iki böyük kluba şok cəza gəlir

UEFA-dan iki böyük kluba şok cəza gəlir
"Barselona"nı 18 yaşından aşağı futbolçuların transferində saxtakarlığa yol verdiyi üçün cəzalandıran və transfer yasağı qoyan UEFA daha iki böyük klubla bağlı qərar verməyə hazırlaşır. Fanat.az xəbər verir ki, bu barədə İngiltərənin "The Telegraph" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, hədəfdəki klublar "Mançester Siti" və PSJ-di. İngiltərə və Fransa təmsilçiləri Maliyyə Fair-Playına görə cəza alacaq. Bu klublara da "Barselona" kimi transfer yasağı qoyulacaq.
Qeyd edək ki, UEFA bir müddət əvvəl 76 klubla bağlı Maliyyə Fair-Playı qaydaları çərçivəsində araşdırmalara başlamışdı. Onlardan 50-si artıq təmizə çıxıb. Qalan 26 klubla bağlı qərar yaxın gündlərdə açıqlanacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər