UEFA-dan flaş qərar: "Seltik" yenidən ÇL-də

UEFA-dan flaş qərar: "Seltik" yenidən ÇL-də
Çempionlar Liqasının play-off mərhələsinin püşkatma mərasimində son dəqiqə dəyişikliyi edilib. Fanat.az xəbər verir ki, UEFA son anda Polşanın "Legia" klubunu Şotlandiya "Seltik"i ilə əvəzləyib.
Belə ki, III təsnifat mərhələsində "Ligia" ilk oyunda "Seltik"ə 4:1, cavab matçında 2:0 hesabı ilə qalib gələrək play-off mərhələsinə çıxmışdı. Lakin polşalılar cavab matçında elə bir səhvə yol verib ki, bu onların Çempionlar Liqasından qovulması ilə nəticələnib. Belə ki, "Legia"nın baş məşqçisi qarşılaşmanın 86-cı dəqiqəsində cəzalı Bartoş Bereszinskini meydana buraxıb. Nəticədə UEFA komandaya 0:3 hesabı texzniki məğlubiyyət verib. Top sayında üstünlük əldə edən "Seltik" Çempionlar Liqasında qalıb, "Legia" Avropa Liqasına düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər