UEFA “Fənərbaxça”nı cəzalandırıb. Fanat.az xəbər verir ki, Avropa futbol qurumu klubun baş məşqçisi və iki futbolçusu barədə qərar verib.
UEFA-nın Etika və İntizam Komitəsi Avropa Liqasının 1/8 final mərhələsinin "Braqa" iləoyununda qırmızı vərəqə almış Volkan Şən və Alper Potuku ağır cəzaya məruz qoyub. Rakimə hücum edən və meydan qovulan Volkan Şən bu idin 31 dekabrınadək UEFA-nın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılıb. Digər futbolçu Alper Potuk 3 oyunluq cəzalanıb. Baş məşqçi Vitor Pereyranın cəzası isə 1 oyun olub.
Bundan başqa UEFA "Fənərbaxça”nı 15 min avro cərimə edib.
Fanat.az