UEFA-dan federasiyalara: "Bu mövsüm mütləq başa çatdırılmalıdı"

UEFA-dan federasiyalara: "Bu mövsüm mütləq başa çatdırılmalıdı"
UEFA bu gün milli assosiasiyaların nümayəndələri ilə videokonfrans keçirib.
Fanat.Az xəbər verir ki, videokonfransda çempionatların başa çatdırılmasının vacibliyi vurğulanıb. Bununla da UEFA assosiasiyalara oyunların yayda keçirilməsinə faktiki olaraq icazə verib. Bildirilib ki, qitə futbol qurumu hətta növbəti mövsümün vaxtının qısaldılması hesabına cari çempionatların yekunlaşmasının tərəfdarıdı.
UEFA bu mövsümü xilas etmək üçün bütün federasiyalara kömək etmək niyyətindədi.
Bundan başqa, federasiyalar müstəqil şəkildə mövsümün bitməsi və ya davam etməsi barədə qərar verə bilərlər. Yeganə şərt odu ki, onlar UEFA-nı vaxtında xəbərdar etsinlər və avrokuboklarda hansı komandaların iştirak edəcəyi barədə məlumat versinlər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər