UEFA-dan erməni hakimlərə ağır cəza

UEFA-dan erməni hakimlərə ağır cəza

UEFA İntizam Komitəsi oyun alqı-satqısında adı hallanan erməni hakimlər barədə qərar verib. Fanat.az xəbər verir ki, komitə Andranik Asenyanla Hovhannes Avaqyanı ömürlük hakimlikdən kənarlaşdırıb.

Qeyd edək ki, avqustun 6-da Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul etmişdi. Bukmeker kontorunda “İnter” – “Vikinqur” matçına qoyulan həddindən artıq yüksək pul qoyuluşları UEFA nümayəndələrinin diqqətini cəlb etmiş və oyunun nəticəsinə hətta 300 min avro məbləğində pul qoyuluşları olduğu müəyyənləşmişdi. Məlum olub ki, sövdələşmənin iştirakçısı olan erməni hakimlər “lazımi” nəticəni təmin etməyi öz üzərilərinə götürüblərmiş. Bu səbəbdən də, onlar matç ərzində 2 dəfə əsassız penalti təyin ediblər. Ekspert Komitəsi və Ermənistan Futbol Federasiyasının rəhbərliyi hadisə ilə bağlı hərtərəfli araşdırma aparıb. Qeyd edək ki, Arsenyan və Avaqyan təqsirli olduqlarını və sövdələşmədə iştirak etdiklərini etiraf ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər